Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Şəhərin mərkəzi meydanında bayram şənliyi keçirilmişdir

29 dekabr 2014 | 16:00

Respublikanın hər yerində olduğu kimi, Qax rayonunda da 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı böyük sevinc və ruh yüksəkliyi ilə qarşılanır. Əlamətdar bayramlar münasibətilə dekabrın 29-da şəhərin mərkəzi meydanında ümumrayon bayram şənliyi keçirilmişdir. Meydanın mərkəzində qurulan hündür yolka ağacının ətrafında keçirilən tədbirdə qeyd olunub ki, dekabrın 31-i dünyanın hər yerində Azərbaycan kəlməsinin ucadan səsləndiyi gündür. Dekabrın 31-i müstəqilliyimizin müjdəsi idi.

Yeni ilin personajları olan Şaxta baba və Qar qızın şənliyə gəlişi hamının, xüsusilə də uşaqların böyük sevincinə səbəb olmuşdur. Xalqımıza Yeni il arzularını çatdıran Şaxta baba daha sonra öz sehrli əsası ilə yolka ağacının çil-çıraqlarını yandırmışdır. Bir neçə saat davam edən bayram tədbirində rayon mədəniyyət evinin, incəsənət məktəbinin, ayrı-ayrı kəndlərin rəqs kollektivlərinin şux və oynaq rəqsləri, yerli və respublikamızın incəsənət nümayəndələrinin çıxışları şənlik iştirakçılarına xoş anlar  bəxş etmişdir.

Keçidlər