Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qanlı Yanvara həsr olunmuş ilk açıq dərslər keçirilmişdir

16 yanvar 2015 | 16:00

Bəşər tarixində insanlığa qarşı törədilən ən ağır cinayətlərdən olan 20 Yanvar faciəsi qurbanlarının xatirəsi Qax məktəbliləri tərəfindən də böyük ehtiramla anılır.

Faciənin iyirmi beşinci ildönümü ilə əlaqədar tədbirlər planına uyğun olaraq yanvarın 16-da rayonun bütün ümumtəhsil məktəblərində Qanlı Yanvara həsr olunmuş ilk dərslər keçirilmişdir.

Məktəblərin foyelərində, siniflərdə təşkil olunan sərgilərdə nümayiş etdirilən fotolarda, məktəblilərin çəkdikləri rəsmlərdə faciənin dəhşətli anları bir daha göz önünə gəlir, bu qətliamı törədənlərə sonsuz nifrət hissləri özünü büruzə verir.

Dərslərdə 20 Yanvar hadisələrinin xalqımızın azadlıq mübarizəsi tarixində şanlı səhifə olduğu vurğulanmışdır. Şagirdlərin diqqətinə çatdırılmışdır ki, Vətənimizin azadlığı uğrunda canlarını qurban verən 20 Yanvar şəhidləri ölümləri ilə ölməzliyə qovuşaraq tariximizin şanlı səhifəsini yazmışlar. Həmin gecə canlarından keçən həmvətənlərimizin qəhrəmanlığı gənclərə əsl vətənpərvərlik nümunəsidir.

Bildirilmişdir ki, Yanvar faciəsi xalqımızın qan yaddaşından heç vaxt silinməyəcək. Vətənimizin müstəqilliyi və azadlığı uğrunda şəhid olanların əziz xatirəsi qəlblərdə əbədi yaşayacaq.

Açıq dərslərdə məktəblilərin Qanlı Yanvara həsr etdikləri ədəbi-bədii kompozisiyalar nümayiş etdirilmişdir.

Keçidlər