Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin irsinin öyrənilməsi məqsədilə növbəti açıq dərs keçirilmişdir

10 fevral 2015 | 16:00

Fevralın 10-da Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin irsinin öyrənilməsi məqsədilə keçirilən növbəti açıq dərs “Ulu Öndər Heydər Əliyevi müstəqil Azərbaycanın qurucusu və memarıdır” mövzusuna həsr olunmuşdur.

Tarix müəllimi Şərafət Salmanovanın tədris etdiyi açıq dərsdə şəhər 1 və 5 nömrəli tam orta məktəblərinin XI sinif şagirdləri iştirak etmişlər.

Mövzuya başlamazdan əvvəl şagirdlərə  Ulu Öndərin zəngin tərcümeyi-halı barədə qısa məlumat verilmişdir.

Tədris prosesində şagirdlərin diqqətinə çatdırılmışdır ki, 1991-ci ildə yenidən dövlət müstəqilliyinə qovuşan Azərbaycan ilk vaxtlar hərbi təcavüz, daxili çəkişmələr və iqtisadi çətinliklərlə üzləşmişdi. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra qısa müddət ərzində Azərbaycanda sabitlik bərpa olunmuş və ölkənin iqtisadi imkanlarının səfərbər edilməsi məqsədilə cəsarətli addımlar atılmışdır.

Sual-cavab şəraitində keçən açıq dərsdə şagirdlərə Ulu Öndərin Azərbaycanda hakimiyyətə qayıdışından sonra ölkə iqtisadiyyatında bazar münasibətlərinin təşəkkülünün prioritet istiqamət kimi müəyyən olunması, dünya iqtisadiyyatına inteqrasiyanın güclənməsi, xarici investorların ölkəyə cəlb edilməsi, 1995-ci ildən başlayaraq özəlləşdirmənin həyata keçirilməsi, makroiqtisadi sabitliyin yaradılması və digər məsələlər barədə ətraflı məlumat verilmişdir.

Tədris prosesində şagirdlər, həmçinin Mərkəzdə Ümummilli Liderin həyat və fəaliyyətinə dair zəngin ekspozisiya ilə də tanış olmuşlar.

Keçidlər