Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini anma tədbiri keçirilmişdir

26 fevral 2015 | 16:00

Xalqımızın tarixinə qanla yazılmış Xocalı faciəsinin 23-ci ildönümü Qax rayonunda da silsilə tədbirlərlə qeyd olunmuşdur. Tədbirlər planına uyğun olaraq, rayonun müəssisə və təşkilatlarında, ümumtəhsil məktəblərində, mədəniyyət ocaqlarında anım mərasimləri, xatirə gecələri, konfranslar, idman yarışları keçirilmiş, sərgi və guşələr təşkil edilmişdir.
Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri əvvəlcə Şəhidlər xiyabanına gələrək, “Ana abidəsini” ziyarət etmiş, şəhid məzarları üzərinə gül-çiçək dəstələri qoymuş, onların ölməz xatirəsini ehtiramla yad etmişlər. Daha sonra Rayon Mədəniyyət evinin hazırladığı bədii kompozisiyaya iştirakçılara təqdim olunmuşdur.
Faciənin ildönümü ilə bağlı fevralın 26-da Rayon İcra Hakimiyyətinin akt zalında anım mərasimi keçirilmişdir. Daha sonra rayon məktəblilərinin hazırladığı sərgiyə baxış keçirilmişdir.
Bu münasibətlə təşkil edilən “Xocalı faciəsi insanlığa qarşı yönəlmiş amansız cinayətdir” adlı elmi konfransı açan Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev Xocalı soyqrımının bəşəriyyətə yönələn cinayət olduğunu qeyd edərək faciə haqqında məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycan xalqı son 200 ildə erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı ilhaq etmək istəyir, bu yolda hər cür cinayət və vəhşiliyə hazır olduğunu nümayiş etdirir. Tədbirdə çıxış edənlər faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin xidmətlərini minnətdarlıq hissi ilə xatırlamışlar. Qeyd olunmuşdur ki, Heydər Əliyev Fondunun bu istiqamətdəki fəaliyyəti də təqdirəlayiqdir.
Çıxışlarda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin düşünülmüş siyasəti və qətiyyətli addımları nəticəsində işğal altında olan torpaqlarımızın geri qaytarılacağına, cinayətkarların layiqli cəzalarını alacaqlarına əminlik ifadə olunmuşdur.
Tədbirin sonunda Xocalı faciəsinin dəhşətlərini əks etdirən sənədli film nümayiş etdirilmişdir.
Saat 17:00-da respublikanın bütün ərazisində olduğu kimi, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Keçidlər