Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Əhalinin tibbi müayinədən keçirilməsi davam etdirilir

28 fevral 2015 | 16:00

Rayon əhalisi insanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyanı yüksək dəyərləndirirlər. Rayon icra hakimiyyəti başçısının müavini Vəfa Heydərovanın verdiyi məlumata görə, aksiya çərçivəsində indiyədək 17 mindən çox sakin müayinədən keçmişdir. Tibbi müayinələr rayonun 59 yaşayış məntəqəsini əhatə edir. Hamı onlara verilən bu imkandan yetərincə yararlanmaq istəyir. Artıq rayonun 7 yaşayış məntəqəsində müayinələr əsasən başa çatmışdır.

Rayon mərkəzi xəstəxanasının baş həkimi Tərlan Əhmədzadənin bildirdiyinə görə, tibbi müayinələrin yüksək səviyyədə aparılması üçün peşəkar həkimlərdən ibarət briqadalar yaradılıb. İndiyədək 1262 nəfərə ambulator müalicə təyin edilib, 61 nəfər stasionar müalicəyə cəlb olunub. Daha geniş müayinə və müalicəyə ehtiyacı olan 8 nəfər isə Bakı şəhərinin tibb müəssisələrinə göndərilmişdir.

Müayinədən keçən insanlar Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən xeyirxah aksiyanı yüksək qiymətləndirir və bu qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını  bildirirlər.

Keçidlər