Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Kənd Təsərrüfatı Naziri Heydər Əsədov Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul etmişdir

28 fevral 2015 | 16:00

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

Fevralın 27-də Kənd Təsərrüatı Naziri Heydər Əsədov Qax şəhərindəki Heydər Əliyev Mərkəzində Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarından olan vətəndaşları qəbul etmişdir.

Nazirliyin strukturuna daxil olan idarə və təşkilatların, habelə tabeli qurumların rəhbərlərinin iştirak etdikləri qəbulda 40-dan artıq vətəndaşın müraciətləri və təklifləri dinlənilmişdir.

Vətəndaşların müraciətləri əsasən, yardımlarına artırılması, sığortalanmanın tətbiq olunması, əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi, müasir tələblərə cavab verən yeni kənd təsərrüfatı maşın və avadanlıqların alınaraq lizinq yolu ilə fermerlərə satılması, kənd təsərrüfatı sahəsində ali və peşə yönümlü ixtisaslı kadrların təhsil alması və hazırlanmasında güzəştli təhsil sisteminin tətbiq olunması, fermer və sahibkarlara kənd təsərrüfatı sahəsində informasiya-məsləhət xidmətinin göstərilməsi, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kənd təsərrüfatına güzəştli kreditlərin verilməsi, bitki mühafizəsi tədbirlərinin dövlət nəzarətinə götürülərək tətbiq olunması, xırda toxumçuluq təsərrüfatlarının bazasında könüllü olaraq birləşmə yolu ilə iri toxumçuluq fəaliyyəti ilə məşğul olan assosiasiyanın yaradılması, kooperativlərin yaradılması, texnikaya ödənişinin vaxtının artırılması, yonca toxumuna olan tələbatın yaxşılaşdırılması, damazlıq heyvanların alınmasına köməklik göstərilməsi, subartezian quyularının qazılması və digər məsələlərlə bağlı olmuşdur.

Nazir Heydər Əsədov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun araşdırılaraq qısa müddətdə həll edilməsi barədə müvafiq tapşırıqlar vermişdir.

Vətəndaşlar qəbulun təşkilindən razı qaldıqlarını söyləyib, yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.

Keçidlər