Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Yeni Azərbaycan Partiyası (YAP) Qax rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilmişdir

04 mart 2015 | 16:00

Martın 4-də keçirilən konfransı YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədov açaraq, Azərbaycanda gənclər sahəsində işin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu bildirib. Vurğulanıb ki, bu gün Azərbaycan gəncləri onlara göstərilən qayğıya cavab olaraq müxtəlif sahələrdə fəallıq nümayiş etdirir, ölkəmizin hərtərəfli inkişafına öz layiqli töhfələrini verirlər.
Konfransda hesabat məruzəsi ilə çıxış edən YAP rayon təşkilatı Gənclər Birliyinin sədri Elbrus Tağıyev bildirib ki, partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət gənclərin partiya sıralarına cəlb olunmasını şərtləndirən amillərdəndir. Təsadüfi deyil ki, son illər partiya sıralarına qoşulanlar arasında gənclər üstünlük təşkil edirlər. Hazırda rayon təşkilatının 4081 nəfər partiya üzvündən 1791 nəfəri gənclərdir. Onlar rayonun ictimai-siyasi həyatında fəallıq nümayiş etdirir, müxtəlif layihələr həyata keçirir, tədbirlər, “dəyirmi masa”lar təşkil edərək gənclərə bilik və bacarıqlarını göstərmək üçün şərait yaradırlar.
Konfransda Milli Məclisin deputatı Kamilə Əliyeva və “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxış edərək qeyd ediblər ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının Sərəncamı ilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın qəbul edilməsi bu siyasətin bariz nümunəsidir.
Sonra konfransda təşkilati məsələlərə baxılmışdır. YAP rayon təşkilatı Gənclər Birliyinin şura və idarə heyətinin üzvləri, sədri, həmçinin YAP Gənclər Birliyinin respublika konfransına nümayəndələr seçilmişdir.
Sonda partiya sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim olunmuşdur.

Keçidlər