Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Bu gün od çərşənbəsidir

03 mart 2015 | 16:00

Təbiətin, həyatın oyanması Novruzdan başlanır və Azərbaycan xalqı bunu çox təntənəli və həm də hələ bir ay qalmışdan qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su, Od, Torpaq və Axır Çərşənbə günləri qeyd olunur. Xalq mövhumatına əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci od, üçüncü yer, dördüncü çərşənbə küləyin köməyi ilə ağaclar cücərir və baharın gəlməsindən xəbər verir. Xalq arasında elə təsəvvür yaranır ki, külək sudan da, oddan da, yerdən də güclüdür. Martın 3-də rayonun mərkəzi meydanında çərşənbələrdən ikincisi olan od çərşənbəsi təntənəli şəkildə  qeyd olunmuşdur. Təşkilat rəhbərləri, rayon ictimaiyyətinin iştirakı ilə keçirilən tədbirdə Qax rayon Mədəniyyət evinin özfəaliyyət kollektivlərinin çıxışları tədbir iştirakçılarının ürəyincə oldu. Od çərşənbəsinin rəmzi olan tonqal xüsusilə də uşaqların böyük marağına səbəb olmuşdur. Milli paltarlı qızların tonqal ətrafında birlik rəmzi olan Yallı getməsi yazdan xəbər verirdi. Şən musiqilər, gözəl rəqslər bir- birini əvəz etdi. Bu təntənə ilə çərşənbələr ardıcıl olaraq meydanda rayon ictimaiyyətinin iştirakı ilə keçiriləcək.
İnanclara görə, insan odu nə qədər əzizləsə, bir o qədər yüngül olar, çətinlikləri azalar. Bu çərşənbə qədim insanların Günəşə, oda inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün insanlar tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.
Od, tonqal istiliyin rəmzidir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir. Od çərşənbəsi günündə qazanlar qaynamalı, ocaqların üstü boş qalmamalıdır.

Keçidlər