Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Bədən Tərbiyəsi və İdman Günü münasibətilə rayonun idman ictimaiyyətinin toplantısı keçirilmişdir

05 mart 2015 | 16:00

Martın 5-də Bədən Tərbiyəsi və İdman Günü münasibətilə keçirilən toplantıda əvvəlcə iştirakçılar ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad etmişlər.
Toplantıda ölkəmizdə idmanın inkişafına göstərilən yüksək dövlət qayğısından danışılmış, 2014-cü ildə rayon idmançılarının respublika və beynəlxalq səviyyəli yarışlarda qazandıqları  uğurlardan bəhs edilmişdir.
Rayon gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramovun məruzəsində bildirilmişdir ki, Prezident İlham Əliyevin 2005-ci il martın 4-də imzaladığı Sərəncama əsasən, hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi geniş qeyd olunur. Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu vurğulayan idarə rəisi, bu istiqamətdə tədbirlərin ardıcıl davam etdirildiyini, idmanın kütləviliyinin təmin olunması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün məqsədyönlü iş aparıldığını diqqətə çatdırmışdır.
Tədbirin sonunda idman sahəsində fərqlənən məşqçi və idmançılara rayon icra hakimiyyətinin, gənclər və idman idarəsinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur.

Keçidlər