Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Bahar bayramı böyük coşqu ilə qeyd olunmuşdur

19 mart 2015 | 16:00

Əcdadlarımızdan bizə yadigar qalan, milli ruhumuzu, yaddaşımızı, qədim adət-ənənələrimizi özündə əks etdirən Novruz bayramı böyük coşqu ilə qeyd olunmuşdur.
         Baharın gəlişi münasibətilə  martın 19-u tarixdə şəhərin “Sahil” parkında ümumrayon şənliyi keçirilmişdir. Tədbirin keçirildiyi park gül-çiçək və səmənilərlə, al-əlvan xonçalarla bayramsayağı bəzədilmişdir. Novruzun atributları əks olunan lövhələr, xalq tətbiqi sənəti nümunələrindən ibarət sərgi və guşələr bayramın təntənəsindən xəbər verirdi.
         Bahar qızının, Dədə Qorqud, Kosa və Keçəlin musiqi sədaları altında meydana daxil olması bayram iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.
         Meydanın mərkəzində qurulmuş bayram tonqalı alovlandırıldıqdan sonra rayon rəhbərliyi və qonaqlar ayrı-ayrı əmək kollektivlərinin, kənd icra nümayəndəlikləri və bələdiyyələrin təşkil etdikləri yam-yaşıl səmənilərlə, xonçalarla bəzədilmiş bayram süfrələri, milli mətbəx nümunələri ilə tanış olub, el sənətkarlarının əl işlərinə baxıblar.
Tədbirdə bildirilmişdir ki, hər il beynəlxalq səviyyədə keçirilən bu bayram müstəqilliyimizin, milli dəyərlərə hörmət və ehtiramımızın göstəricisidir. Çıxış edənlər ölkəmizə əmin-amanlıq, xalqımıza bahar təravətli günlər, süfrələrə ruzi-bərəkət arzulayıblar.
Bir-neçə saat davam edən bayram şənliyində respublika və rayonun incəsənət xadimlərinin ifasında gözəl musiqilər səslənmiş və bədii özfəaliyyət kollektivləri rəngarəng konsert proqramı ilə çıxış edərək, şənlik iştirakçılarına xoş ovqat bəxş etmişlər.

Keçidlər