Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi ilə xalqımızın tarixində yeni bir səhifə açıldı

27 may 2025 | 12:55

          28 May-Müstəqillik Günü Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da qeyd olunmuşdur.

         27 may 2025-ci il tarixdə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Müstəqillik günü ilə əlaqədar rayon tədbiri keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzmüş, xatirəsinə ehtiramlarını ifadə etmişlər. 

       Sonra Heydər Əliyev Mərkəzində Rayon rəhbərliyi, YAP fəalları, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, ayrı-ayrı idarə, müəssisə və təşkilat kollektivlərinin nümayəndələri, ziyalılar, gənclər, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə elmi-praktik konfrans keçirilmişdir.

          Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz və suverənliyimiz uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

           Tədbiri rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elbrus Tağıyev açaraq bildirdi ki, Azərbaycan xalqı azadlıq, müstəqillik uğrunda illərlə mübarizə aparmış, bu yolda minlərlə şəhid vermişdir. Müstəqil dövlət olmaq, müstəqil dövlətdə yaşamaq səadətdir. Qüdrətli və möhkəm dövlət olmadan müstəqilliyi əldə saxlamaq mümkünsüzdür. Tariximiz azadlıq, müstəqillik uğrunda çətin və şərəfli mübarizələrlə zəngindir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi ilə xalqımızın tarixində yeni bir səhifə açıldı. Azərbaycan Demokratik Cümhuriyyətinin qısa zaman kəsiyində həyata keçirdiyi tədbirlər xalqımızın tarixində dərin iz buraxdı. Milliyyətindən, siyasi mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq bütün vətəndaşlara hüquq verilməsi, dövlət sərhədlərinin müəyyən edilməsi, dövlətçilik atributlarının qəbulu, ana dilimizin dövlət dili elan olunması, bununla yanaşı, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və hərbi quruculuq sahəsində atılmış addımlar Azərbaycanin gələcək müstəqilliyi üçün zəmin yaratdı. Diqqətə çatdırdı ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikasında müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi məhz ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan özünün əsl müstəqilliyini məhz ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra əldə etdi.  Bugün müstəqilliyimiz Ulu öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmlənib. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan qarşıya qoyduğu bir çox məqsədlərə nail olub. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbə qazanıb, işğal altında olan torpaqlarımız düşməndən azad olunub. Qarabağın tacı, döyünən ürəyi Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazılıb.

         Daha sonra rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova “28 May-Müstəqillik Günüdür” mövzusunda geniş məruzə ilə çıxış edib.

        Çıxış edənlər 28 May-Müstəqillik Gününün Azərbaycan tarixində önəmli rol oynadığını vurğulamış, Müstəqilliyimizin sarsılmaz və əbədi olduğunu bir daha diqqətə çatdırmışlar.

Keçidlər