Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Abidələr keçmişimiz, bu günümüz, gələcəyimizdir

18 aprel 2015 | 15:00

17 aprel 2015-ci il tarixdə Qax rayonunda Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə“18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə İlisu Tarix Mədəniyyət Qoruğunda “Abidələr keçmişimiz, bu günümüz, gələcəyimizdir” adlı tədbir keçirilmişdir. Tədbir öncəsi iştirakçılar kənddə mövcud abidələrə yürüş etmişlər. Yürüş iştirakçıları “Sumu qala”da, “Ulu körpü”də, “Ulu məscid”də olmuş, İlisu Tarix Mədəniyyət Qoruğunun direktoru Azər Qocayev tərəfindən onlara abidələrin tarixi haqqında məlumatlar verilmişdir. Tədbir kənd mədəniyyət evində təşkil edilmiş rəsmi hissə ilə davam etdirilmişdir. İştirakçılar əvvəlcə mədəniyyət evinin foyesində təşkil edilmiş “ Abidələr keçmişimiz, bu günümüz, gələcəyimizdir” adı altında “Qədim tariximiz”  foto sərgisi və “Ulu dağ, ulu dad- ulu irs”  yeməklərdən ibarət sərgi ilə tanış olmuşlar.
Tədbiri Qax rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Nəzir Omarov açaraq 18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü haqqında geniş məlumat verdi. Respublikamızda mədəni irsin qorunması istiqamətində aparılan işlərdən danışaraq Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi vurğulayaraq, nadir mədəniyyət nümunələrinin, abidələrimizin dünyanın mədəni irs siyahısına daxil edilməsində Fondun, onun rəhbəri İSESKO və  YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna rolunu qeyd etdi.
Tədbirdə Rayon Tarix Diyarşünaslıq muzeyinin  direktoru Mahir Əfəndi Qax abidələri haqqında iştirakçılara dolğun və müfəssəl məlumat verdi. İlisu Tarix və Mədəniyyət Qoruğunun direktoru, Kənd Ərazi İnzibati Dairəsinin Nümayəndəsı qədim diyar olan rayonun tarixi abidələrlə zəngin olduğunu və bu abidələrin gənc nəslə tanıdılması və təbliğ olunmasının vacib işlərdən olduğunu vurğuladı.
Tədbir boyu Rayon Mədəniyyət evinin musiqi kollektivlərinin ifasında mahnılar, İncəsənət məktəbinin “Tumurcuq” rəqs qrupu tərəfindən rəqslər ifa edilmişdir. Musiqi nömrələri, rəqslər tədbiri daha baxımlı və yaddaqalan etdi.

Keçidlər