Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Yaponiya hökumətinin qrant yardımı ilə Cəlayir kəndində yeni tibb məntəqəsi tikilmişdir

24 aprel 2015 | 15:00

 Aprelin 23-də Qax rayonunun Cəlayir kəndində Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində həyata keçirilən “Tibb məntəqəsinin tikintisi” layihəsinin başa çatması münasibətilə açılış mərasimi keçirilmişdir.

 Tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi, rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri və kənd sakinləri iştirak etmişlər.
Mərasimdə bildirilmişdir  ki, Yaponiyanın ölkəmizdəki səfirliyi ilə Qax Rayon İcra Hakimiyyəti arasında əməkdaşlıq 2003-cü ildən uğurla davam edir. Qrant yardımı proqramı çərçivəsində indiyədək Qax rayonunda, Cəlayir kəndində tibb məntəqəsinin tikintisi də daxil olmaqla, 7 layihə reallaşıb. Təhsil, ekologiya və tibb sahələrini əhatə edən bu layihələrin ümumi dəyəri 640 min 630 ABŞ dolları təşkil edir.
     Bildirilmişdir ki, icrası yenicə başa çatan bu layihə üzrə Yaponiya səfirliyi ilə Azərbaycan İcma İnkişafı, Tədqiqat, Təlim və Resurs Mərkəzi arasında 2014-cü il oktyabrın 16-da qrant müqaviləsi imzalanıb. Layihənin məqsədi Cəlayir və qonşu kəndlərin sakinlərinə göstərilən tibbi xidmətin səviyyəsini yaxşılaşdırmaqdır. Layihənin ümumi dəyəri 102 min 975 ABŞ dollarıdır. Tibb məntəqəsinin xidmətindən 5 minə yaxın sakin faydalanacaq.
Tibb məntəqəsinin açılışını bildirən rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları məntəqədə yaradılan şəraitlə tanış olmuşlar. Müasir standartlara uyğun inşa edilən birmərtəbəli binada stomotoloji kabinet, qadın məsləhətxanası, həkim otaqları və laboratoriya  fəaliyyət göstərir.

Keçidlər