Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

1967-ci ilin oktyabr ayının1-də əsası qoyulan 11 №li Qax Kənd Orta Texniki Peşə məktəbi 1975-ci ilin 01 sentyabrında 111№li Kənd Texniki Peşə Məktəbi adı ilə fəaliyyət göstərmişdir

23 aprel 2026 | 13:05

1967-ci ilin oktyabr ayının1-də əsası qoyulan 11 №li Qax Kənd Orta Texniki Peşə məktəbi 1975-ci ilin 01 sentyabrında 111№li Kənd Texniki Peşə Məktəbi adı ilə fəaliyyət göstərmişdir.1996-cı ilin 23 avqust tarixindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 116 №li qərarı ilə lisey statusu almışdır. Hazırda Qax Peşə Liseyi  Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili Üzrə Dövlət Agentliyinin tabeçiliyində 70 nəfər işçi heyəti və 17 ixtisas üzrə 18 ixtisas qrupunda, 308 nəfər təhsilalan ilə fəaliyyətini davam etdirir.

Qax Peşə Liseyində 2025/2026-cı tədris ilində tədris olunan  ixtisaslar aşağıdakılardır.

 

  1. Qrafik dizayner;
  2. Mehmanxana inzibatçısı;
  3. Turizm sahəsində iaşə üzrə mütəxəssis;
  4. Təmirçi-çilingər;
  5. Geniş profilli traktorçu maşinist, təmirçi-çilingər;
  6. Geyim üzrə dizayner;
  7. Dülgər;
  8. Torna və frezer dəzgahlarının operatoru;
  9. Aqroservis mütəxəssisi;
  10. Elektrik xətlərinin quraşdırılması və təmiri üzrə mütəxəssis;
  11. Dərzi;
  12. Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer;
  13. Aşpaz;
  14. Avtomobillərin təmiri çilingəri;
  15. Mebel ustası;
  16. Avtomobillərin təmiri üzrə çilingər, avtomobil sürücüsü;
  17. Turizm təşkilatçısı

2025/2026-cı tədris ili üçün tələbə qəbulu üzrə kommunikasiya planı hazırlanaraq icraya yönəldirilmiş,30-dan çox müəssisədən ümumilikdə 280 kadr tələbatı (sifariş) toplanmışdır. 2025/2026-cı tədris ili üçün yeni tələbə qəbulu 178 nəfər olmuşdur, tələbə qəbulunda qadınların payı 21 % təşkil etmişdir.

 

Tələbə qəbulu ilə bağlı maarifləndirmə məqsədilə mütəmadi olaraq Qax rayonunun müxtəlif ümumtəhsil məktəblərində görüşlər təşkil olunur, iştirakçılara Qax Peşə Liseyinin fəaliyyət istiqamətləri və tədris imkanlarını əks etdirən bukletlər təqdim edilir. Ümumilikdə, Qax rayonu və regionda yerləşən ümumi təhsil müəssisələrinə 37 infotur həyata keçirilmiş, tanıtım tədbirləri liseyin pedaqoji heyəti tərəfindən peşəkar şəkildə icra olunub. Bundan əlavə, regionda yerləşən  Dövlət Peşə Təhsil Mərkəzlərinə infoturlar təşkil edilmiş, həmçinin Qax şəhərində yerləşən ümumi təhsil məktəblərinin şagirdləri Qax Peşə Liseyinə infotur edərək tədris prosesi və təlim şəraiti ilə yerində tanış olmuşlar.

Hər il, tanıtım məqsədi ilə Liseydə “Açıq qapı” günü tədbiri keçirilir,ümumtəhsil məktəblərinin şagirdləri, valideynlər, müəllimlər, məzunlar, işəgötürənlər və digər qonaqlar üçün liseydə sərgilər, ustad dərsləri, emalatxanalara baxış təşkil edilir, yeni dəzgahlar nümayiş etdirilir.Liseyin fəaliyyəti, tədris imkanları, əmək bazarına uyğun kadr hazırlığı və əməkdaşlıq istiqamətləri iştirakçıların diqqətinə çatdırılır. Sonuncu Açıq qapı” gününün  ümumilikdə 400 nəfərdən artıq iştirakçısı olmuşdur.

Tədris ili ərzində 56 nəfər mühəndis-pedoqoji heyətin 12 nəfəri təlimlərdə iştirak edib. Buda ümumi heyətin 21%-ni təşkil edir. Kənd təsərrüfatı və Turizm istiqamətləri üzrə, Karyera xidməti, Kargüzarlıq və Arxiv işinin təşkili, Maliyyə və Mühasibatlıq işləri üzrə mütəxəssislər, eləcədə direktor müavinləri təlimlərə cəlb olunmuş, onların peşə bacarıqları və səviyyəsinin artırılması istiqamətində fəaliyyət həyata keçirilmişdir.

2025-ci ildə tərəfdaş işəgötürən müəssisələrdə çalışan məzunların sayı 17 nəfər olduğu halda, 2026-cı ildə bu göstərici  artaraq  57 nəfərə yüksəlmişdir. Məşğulluq göstəricilərində baş verən bu artım peşə təhsili müəssisəsi ilə işəgötürənlər arasındakı əməkdaşlığın genişləndirildiyini, tələbələrin real iş mühitinə daha effektiv inteqrasiya olunduğunu və məzunların əmək bazarında rəqabət qabiliyyətinin yüksəldiyini təsdiq edir.

Mövcud əməkdaşlıqların davam etdirilməsi və yeni əməkdaş müəssisələrin cəlb olunması yolu ilə tələbələrin təcrübə və məşğulluq imkanları artırılmışdır. 2024-2025-ci tədris ilində 9 qrup üzrə ümumilikdə 140 nəfər tələbə məzun olmuş və həmin tələbələr 30-dan çox müəssisədə təcrübə keçmişlər.

Həyata keçirilmiş tədbirlər nəticəsində təhsilalanlarda sahibkarlıq sahəsində ilkin bilik və praktik bacarıqların formalaşdırılması təmin edilmiş və iş mühitinə uyğunlaşma bacarıqları inkşaf etdirilmişdir.Sahibkarlıq təfəkkürünün inkişafı məqsədilə 18 yerli müəssisəyə təcrübə səfərləri təşkil olunmuşdur.Təhsilalanların real istehsal və iş mühiti ilə tanışlığı təmin edilmişdir

Praktiki müşahidə yolu ilə öyrənmə imkanları yaradılmışdır

Cari tədris ilində Dual təhsil çərçivəsində Aşpaz ixtisas qrupu təşkil edilmiş və proqram çərçivəsində tələbələrin praktiki bilik və bacarıqlarının artırılmasına xüsusi diqqət yetirilmişdir.

Tələbələr EL Resort Hotel-də istehsalat təcrübəsi keçərək peşəkar mətbəx mühitində aşpazlıq üzrə real iş proseslərini mənimsəmiş, həm nəzəri, həmdə praktiki bacarıqlarını inkişaf etdirmişlər.

Qax Peşə Liseyinin balansında Qax rayonunun Ağyazı kəndində yerləşən 50 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mövcuddur və həmin ərazi “ULU AQRO” MMC ilə bağlanmış “birgə fəaliyyət haqqında müqavilə” əsasında istifadə olunur.

Bundan əlavə, liseyin balansında olan 1,95 hektar yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Qax şəhəri, İ.Çavçavadze küçəsində yerləşir. Hal-hazırda ərazi daş və çınqıldan təmizlənmiş, kənarları hasarlanaraq mühafizə altına alınmışdır.

Qaxşəhəri, İ.Dağıstanlı 9A ünvanında yerləşən Qax Peşə Liseyinin 4mərtəbəli inzibati binası, 2ədəd müsair tipli dülgər və çilingər emelatxanası,2 komputer və 1 dərzi emalatxanası ilə fəaliyyətini davam etdirir. Eləcədə S.Vurğun küçəsi 6/8 ünvanında liseyə məxsus 2korpusda yerləşən 2mərtəbəli yataqxana binaları müxtəlif dövrlərdə zəbt edilmişdir. Hazırda həmin binalarda 5ailədən ibarət 10 nəfər məcburi köçkün və 37 ailədən ibarət 111 nəfər yerli sakin məskunlaşmışdır.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 22 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkşaf Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncamına əsasən, Qax Peşə Liseyinində yaxın vaxtlarda yenidən qurulması həyata keçiriləcəkdir. Qax Peşə Liseyinin müasir standartlara cavabverən tədris korpusu, tələbə yataqxanası və təlim qonaq evinin baş planı hazırlanmış, elektrikenerjisi, qaz və su təchizatı ilə bağlı texniki şərtlərin hazırlanması istiqamətində işlər başa çatdırılmışdır.

Keçidlər