Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır

14 iyul 2025 | 21:08

“14 iyul- Ulu öndər Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişi”  Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da qeyd olunub.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, xatirəsinə ehtiramlarını ifadə ediblər.

Sonra YAP rayon təşkilatının inzibati binasında dəyirmi masa keçirilib.

Toplantının əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Rayon rəhbərliyinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, Yeni Azərbaycan Partiyası fəallarının, şəhid ailələrinin və rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elbrus Tağıyev bildirib ki, ölkəmizin çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri vardır. Bu mənada, Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul tarixi xalqımızın taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir. 1969-cu ilin 14 iyulu tarixə  həm də Azərbaycanın dirçəliş və inkişaf yolunun başlanğıcı kimi düşüb. O illərin rəşadəti və şöhrəti XX əsr tariximizə qızıl hərflərlə yazılıb. Xalqın tələbi və təkidi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gələn Heydər Əliyev ölkəmizi parçalanmaqdan, məhv olmaqdan qorudu, xalqın xilaskarına çevrildi. Ümummilli Lider Heydər Əliyevin başladığı inkişaf strategiyası bu gün cənab prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev ideyaları əldə olunan bütün inkişaf, uğur və nailiyyətlərimizin təməl prinsipləridir. Cənab prezident İlham Əliyevin qeyd etdiyi kimi “Bizim bütün nailiyyətlərimizin mərkəzində Heydər Əliyevin xidmətləri dayanır”.

Daha sonra rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova “14 iyul 1969-cu il:Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda geniş məruzə ilə çıxış edib.

Konfransda çıxış edənlər 14 iyul- Ulu öndər Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin siyasi əhəmiyyətindən söz açıblar.

 

Keçidlər