Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

“Sağlam cəmiyyətin inkişafında milli mənəvi dəyərlərin rolu” mövzusunda müzakirələr aparılmışdır

30 aprel 2015 | 15:00

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Qax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə  29 aprel tarixdə başlayan “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans aprelin 30-da işini plenar iclasda davam etdirmişdir.
     DQİDK sədrinin müavini Gündüz İsmayılovun moderatorluğu ilə “Sağlam cəmiyyətin inkişafında milli mənəvi dəyərlərin rolu” mövzusuna həsr olunan iclasda rayonda gənclərlə iş sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri, fəal gənclər iştirak etmişlər.
     Plenar iclasda “Dini radikalizmlə mübarizədə gənclərin yeri və rolu”, “Modernləşən dünyada milli mənəvi dəyərlərin yeri” mövzularında məruzələr dinlənilmişdir.
     Daha sonra mövzular ətrafında müzakirələr aparılmış, iştirakçıların sualları cavablandırılmışdır.
     Bununla da “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda iki günlük konfrans işini başa çatdırmışdır.

Keçidlər