Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Gül bayramı keçirilmişdir

07 may 2015 | 15:00

Hər il may ayının gəlişini xalqımız sevinc, ümid və iftixar hissilə qarşılayır.  Bu da təsadüfi deyil. Məhz bu ayda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın xilaskarı, Ümummilli  Liderimiz Heydər Əliyevin doğum günü  təntənə ilə, böyük məhəbbət və ehtiramla bayram edilir. Əlamətdar  gün münasibəti ilə artıq neçə ildir ki,  doğma ölkəmizin hər bir guşəsində "Gül bayram"larının keçirilməsi bir ənənəyə çevrilib. Mövzu və kompozisiya baxımından ildən-ilə zənginləşən Gül bayramı hər bir vətəndaşımızın qəlbində xoş ovqat yaradır, xalqı naminə  həyatını sərf etmiş  Dahi Şəxsiyyətin ruhuna minnətdarlıq hissi oyadır.
07 aprel  tarixdə  Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə  ümumrayon tədbiri keçirilmişdir. Rayon  rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri əvvəlcə Ulu Öndərin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Sonra Heydər Əliyev Mərkəzində konfrans keçirilmiş və ardıyca  tədbir iştirakçıları Heydər  parkında hazırlanmış  gül kompozisiyaları və  əl  işləri  ilə  tanış  olmuşlar.
Şəhərin Heydər Əliyev Parkı "Gül bayramı" münasibətilə başdan-başa gül-çiçəyə bürünmüşdü. Parkda bir-birindən gözəl, cazibədar yaradıcılıq nümunələrinə, al-əlvan güllərdən və çiçəklərdən hazırlanmış çələnglərə, müxtəlif mövzuları əhatə edən əl işlərinə, panno və tablolara, eskizlərə heyranlıqla tamaşa etməmək mümkün deyildi. Gül bayramında təbii güllərdən hazırlanaraq  nümayiş etdirilən  əl işləri tədbir iştirakçılarının xüsusi marağına  səbəb  olurdu.

Keçidlər