Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

“Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda VI beynəlxalq elmi konfrans keçirilirmişdir

06 may 2015 | 15:00

Bakıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda VI beynəlxalq elmi konfrans keçirilir.
Konfransın proqramına uyğun olaraq, tədbirdə iştirak edən xarici qonaqların bir qrupu, həmçinin təşkilatçı qurumların – Bakı Slavyan Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təmsilçiləri mayın 6-da Qax rayonunda olmuşlar.
Qonaqların Qax rayonu ilə tanışlığı geniş turizm potensialına malik olan İlisu kəndindəki tarixi məkanları ziyarətlə başlayıb. İnşa tarixi XVII-XVIII əsrlərə aid edilən, yerli əhali arasında “Sumuq qala” adı ilə tanınan müdafiə qülləsi ilə tanışlıq tədbir iştirakçılarının marağına səbəb olub.
Sonra qonaqlar kəndin ərazisində yerləşən digər tarixi məkanlarla, həmçinin Kürmük çayının üzərindəki XVII əsrin sonu - XVIII əsrin əvvəllərinə aid “Ulu körpü” ilə tanış olmuşlar.
Konfrans iştirakçıları daha sonra Qaxingiloy kəndində yerləşən “Müqəddəs Georgi” kilsəsini və “Cümə” məscidini ziyarət etmişlər.
Şəhərin qədim tarixi hissəsi - “İçəribazar” Turizm və Mədəniyyət Mərkəzi ilə tanışlıq zamanı məlumat verildi ki, Qaxda XVI əsrdən mövcud olan “İçəribazar” qala qapıları və divarları maddi-mədəniyyət abidəsinin yenidən qurulması tarixi irsimizin qorunması istiqamətində həyata keçirilən tədbirlərin bariz nümunəsidir.
Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev azərbaycanşünaslığın aktual problemlərinə həsr olunan konfransın əhəmiyyətini xüsusi vurğulamış, tədbir iştirakçılarına rayonun tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizm potensialı barədə geniş məlumat verilmişdir.
Tədbir çərçivəsində Bilik Fondunun həyata keçirdiyi “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində Qax rayonunun Qum kəndindəki Zakir Müslümov adına tam orta, Qəbələ rayonunun Nic qəsəbəsindəki 1 saylı və Zaqatala rayonunun Əliabad qəsəbəsindəki Adil Hacıyev adına 1 saylı tam orta məktəblər arasında “Qardaşlaşma sazişi”nin imzalanması mərasimi olmuşdur.
Mərasimdə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov çıxış edərək, layihə çərçivəsində həyata keçirilən tədbirlər barədə danışmışdır.
Rayonuna səfərləri çərçivəsində konfrans iştirakçıları, həmçinin Kürmük məbədində keçirilən “Kürmük-oba” mərasiminə də qatılmışlar. Rayonun tarixi məkanları ilə tanışlıq VI beynəlxalq elmi konfrans iştirakçılarında xoş təəssürat yaratmışdır.

Keçidlər