Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

1993-cü ilin 15 iyun tarixi Azərbaycan xalqı üçün təkcə bir siyasi dönüş nöqtəsi deyil, həm də milli dövlətçilik ideyalarının gerçəyə çevrildiyi gün kimi tarixə düşüb

13 iyun 2025 | 11:15

15 iyun Milli Qurtuluş Günü Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da qeyd olunmuşdur.

13 iyun 2025-ci il tarixdə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Milli Qurtuluş Günü ilə əlaqədar rayon tədbiri keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzmüş, xatirəsinə ehtiramlarını ifadə etmişlər. 

Sonra Heydər Əliyev Mərkəzində Rayon rəhbərliyi, YAP fəalları, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, ayrı-ayrı idarə, müəssisə və təşkilat kollektivlərinin nümayəndələri, ziyalılar, gənclər, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə elmi-praktik konfrans keçirilmişdir.

 Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz və suverənliyimiz uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elbrus Tağıyev açaraq bildirdi ki, 1993-cü ilin 15 iyun tarixi Azərbaycan xalqı üçün təkcə bir siyasi dönüş nöqtəsi deyil, həm də milli dövlətçilik ideyalarının gerçəyə çevrildiyi gün kimi tarixə düşüb. Qeyd etdi ki, XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üz-üzə qalmışdı. Həmin dövrdə iqtidarda olanların səriştəsiz və xəyanətkar əməllərinin məntiqi nəticəsi olan hakimiyyət böhranı 1993-cü ilin iyununda artıq kulminasiya həddinə çatdı. Ölkəni xaos və anarxiya bürümüş və dövlət müstəqilliyimiz çox ciddi təhlükə ilə üzləşmişdi. Məhz belə bir dövrdə əsrlər boyu arzulanan güclü Azərbaycan dövlətini qurmaq, xalqımızı problemlər məngənəsindən xilas etmək kimi tarixi missiyanı yalnız Heydər Əliyev kimi dahi şəxsiyyət yerinə yetirə bilərdi. Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda hakimiyyətə qayıdan Heydər Əliyev öz müdrik siyasəti ilə Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas edə bildi. Bu səbəbdən də 15 iyun - Milli Qurtuluş Günü, eyni zamanda, Azərbaycan dövlətçiliyinin xilası günüdür. Və bu gün onun layiqli davamçısı prezidentimiz cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin iqtisadi qüdrəti daha da artmış , müstəqil Azərbaycan dünya birliyində öz layiqli yerini tutmuşdur. Bu gün Azərbaycan regionun lider dövləti kimi çıxış edir. Azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri geniş vüsət alıb, Böyük Qayıdış reallaşır. Bütün bunlar Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsinin bariz göstəricisidir.

Daha sonra Rayon icra hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova “15 iyun- Milli Qurtuluş Günüdür” mövzusunda geniş məruzə ilə çıxış edib.

Konfransda çıxış edənlər 15 iyun-Milli Qurtuluş Gününün siyasi əhəmiyyətindən söz açıblar.

Keçidlər