Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

2 fevral- Gənclər Günü rayonumuzda qeyd olunmuşdur

02 fevral 2024 | 17:57

2 fevral 2024-cü il tarixdə rayonumuzda Gənclər Günü ilə bağlı rayon tədbiri keçirilmişdir. Tədbirdə rayon rəhbərliyi, qazilər, idmançılar və rayonun fəal gəncləri iştirak ediblər.

Tədbir iştirakçıları Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, xatirəsinə ehtiramlarını ifadə etmişlər.

  Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Dövlət Himni səsləndirilmiş, Ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

         Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Heydərova əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafında böyük rol oynadığını vurğulamışdır. Bildirmişdir ki, Gənclər və İdman Nazirliyinin yaradılması, gənclər siyasəti sahəsində qəbul edilən normativ hüquqi aktlar, gənclərin ümumrespublika forumlarının keçirilməsi gənclərlə iş sahəsinin hüquqi əsaslarının və icra mexanizmlərinin müəyyən edilməsində mühüm rol oynayıb. Hazırda ölkəmizdə gənclər siyasəti keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini qərarları ilə təsdiqləyir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.

Qeyd etmişdir ki, Azərbaycan gənclərinin fərdi və peşəkar inkişafı naminə Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev fondu elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirərək gənclərin yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə yardım edir.

 Həmçinin onu da bildirmişdir ki, artıq 4-cü ildir ki, Azərbaycan gəncləri öz bayramlarını həmişəkindən daha alnıaçıq, qələbə əhval-ruhiyyəsi ilə qeyd edirlər. Qırx dörd günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu əzəli və əbədi Qarabağ torpağını mənfur düşməndən – erməni işğalçılarından azad edib. Tarixi qələbənin qazanılmasında orduda xidmət edən, eləcə də könüllü olaraq cəbhəyə yollanan Azərbaycan gəncləri böyük qəhrəmanlıq göstərərək, xalqımızın zəfər salnaməsinə öz adlarını yazdılar.

         Tədbirdə çıxış edənlər bildiriblər ki, Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilir. Bu siyasət gənclərin təlim-tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, onların cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir.         

         Sonra tədbir konsert proqramı ilə davam etmişdir.         

Keçidlər