Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

20 Yanvar faciəsindən otuz beş il keçir

20 yanvar 2025 | 13:00

Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar hadisələrindən otuz beş il keçir. Bununla əlaqədar respublikanın tədbirlər planına uyğun olaraq rayonda tədbirlər planı hazırlanmış, idarə müəssisə və təşkilatlarda anım tədbirləri keçirilmiş, sənədli və bədii filmlər nümayiş etdirilmiş, sərgi və güşələr, açıq dərslər təşkil edilmişdir.

Yanvarın 20-də Şəhidlər Xiyabanında rayon rəhbərliyinin, şəhid ailələrinin, qazilərin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat kollektivlərinin, Yeni Azərbaycan Partiyası fəalllarının və rayon ictimaiyətinin nümayəndələrinin iştiraki ilə anım mərasimi keçirilmiş, ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir. 20 Yanvar faciəsi zamanı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi yad edilmiş, dualar oxunmuşdur.

Saat 12.00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Keçidlər