20 Yanvar faciəsindən otuz dörd il keçir.
Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar hadisələrindən otuz dörd il keçir. Bununla əlaqədar respublikanın tədbirlər planına uyğun olaraq rayonda tədbirlər planı hazırlanmış, idarə müəssisə və təşkilatlarda anım tədbirləri keçirilmiş, sənədli və bədii filmlər nümayiş etdirilmiş, sərgi və güşələr təşkil edilmişdir.
Yanvarın 20-də Şəhidlər Xiyabanında rayon rəhbərliyinin, şəhid ailələrinin üzvlərinin, qazilərin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat kollektivlərinin, Yeni Azərbaycan Partiyası fəalllarının və rayon ictimaiyətinin nümayəndələrinin iştiraki ilə anım mərasimi keçirilmiş, ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir. Dini məbədlərdə 20 Yanvar faciəsi zamanı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi yad edilmiş, dualar oxunmuşdur.
Saat 12.00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!