Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

20 yanvar faciəsindən otuz üç il keçir...

20 yanvar 2023 | 15:21

Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar hadisələrindən otuz üç il keçir. Bununla əlaqədar rayonda tədbirlər planı hazırlanmış, idarə müəssisə və təşkilatlarda xatirə gecələri, konfranslar keçirilmiş, sərgi və güşələr təşkil edilmişdir.

Yanvarın 20-də Şəhidlər Xiyabanında rayon rəhbərliyinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, Yeni Azərbaycan Partiyası fəalllarının və rayon ictimaiyətinin nümayəndələrinin iştiraki ilə gülqoyma mərasimi keçirilmişdir.

Anım tədbirləri Yeni Azərbaycan Partiyasının inzibati binasında “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda elmi - praktiki konfransla davam etdirilmişdir. Tədbiri giriş sözü ilə açan  Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Tahir İsmayılov qanlı Yanvar hadisələrinin mahiyyəti, onu doğuran səbəblər, faciənin acı nəticələri barədə danışmış, bu qanlı qırğının xalqımızın azadlıq mübarizəsi tarixində şanlı səhifə olduğunu xüsusi vurğulamışdır. Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda geniş məruzə etmişdir.

Tədbirdə çıxış edənlər 20 Yanvar faciəsindən geniş söhbət açmışlar.
Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş videolent nümayiş olunmuşdur.

12.00-da rayonun bütün yaşayış məntəqələrində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər