Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qələbənin 70 illiyi münasibətilə yubiley tədbiri keçirilmişdir

09 may 2015 | 15:00

1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində tarixi Qələbədən 70 il ötür. Qələbənin təmin olunmasında azərbaycanlıların da böyük rolu və payı olub. Müharibə illərində həmvətənlərimiz ön və arxa cəbhələrdə böyük fədakarlıqlar göstərib, 600 mindən artıq azərbaycanlı döyüşlərə yollanıb, onların yarıdan çoxu amansız müharibədən geri qayıtmayıb.
Mayın 9-da Qələbənin 70 illiyi münasibətilə YAP rayon təşkilatının inzibati binasında yubiley tədbiri keçirilmişdir.
Rayon rəhbərliyi əvvəlcə 94 yaşlı müharibə veteranı Salman Abdullayevin evinə gedərək, onu əlamətdar bayram münasibətilə təbrik edib, səhhəti ilə maraqlanıblar. Veterana “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medalı təqdim olunmuşdur.
Rayon ictimaiyyətinin nümayəndələri daha sonra Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidə kompleksinin, həmçinin həmin müharibədə böyük şücaət göstərərək Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş həmyerliləri Məmmədəli Məmmədovun abidəsinin önünə gül-çiçək düzüb, müharibə qurbanlarının xatirəsini ehtiramla yad etmişlər.
Keçirilən yubiley tədbirində çıxış edənlər 1941-1945-ci illər müharibəsində xalqımızın igid oğul və qızlarının göstərdikləri qəhrəmanlıqlardan bəhs etmişlər. Bildirilmişdir ki, müharibədə iştirak edən 6 minə yaxın qaxlı döyüşçüdən 2024 nəfəri cəbhələrdən qayıtmayıb. Hazırda rayonda 6 nəfər Böyük Vətən müharibə veteranı yaşayır. Onlar hər cür qayğı ilə əhatə olunublar.
Tədbirin sonunda müharibə veteranlarına yubiley medalları təqdim olunmuş, Rayon İcra Hakimiyyəti tərəfindən maddi yardım göstərilmişdir.

Keçidlər