Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü böyük təntənə və bayram əhval-ruhiyyəsi ilə qeyd edilmişdir

10 may 2015 | 15:00

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü rayonumuzda silsilə tədbirlərlə qeyd olunmuşdur.
Mayın 10-da Rayonun Mədəniyyət və Turizm evində möhtəşəm konsert proqramı təşkil olunmuşdur. Tədbirin aparıcıları bildirmişlər ki, ümummilli lider Heydər Əliyevin zəngin elmi-nəzəri irsi tükənməyən xəzinə, gələcək nəsillər üçün nadir mənəvi mənbədir. Ulu Öndər müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaradan, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirən fenomen şəxsiyyət kimi, çağdaş tariximizdə əbədiyaşarlıq qazanmış, hələ sağlığında canlı əfsanəyə çevrilmişdir.
Respublikanın tanınmış müğənnilərinin ifaları və Rayon Mədəniyyət evinin  “Çeşmə” instrumental ansambl üzvlərinin gözoxşayan çıxışları tədbir iştirakçılarına xoş ovqat bəxş etmişdir.

Keçidlər