Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

“Beynəlxalq Ailə günü” qeyd olunmuşdur

16 may 2015 | 15:00

BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə müvafiq olaraq hər il 15 may tarixi bütün dünyada “Beynəlxalq Ailə günü” kimi qeyd olunur.
          Beynəlxalq Ailə gününün keçirilməsinin əsas məqsədi cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin ailə həyatına hazırlığı, milli azlıqları təmsil edən ailələrin adət-ənənələrinin nümayişi, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin,  nümunəvi çoxuşaqlı ailələrin, sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə inteqrasiyasının təbliğidir.
          Rayonda  da  hər  il  təntənəli  surətdə “Ailə bayramı” qeyd  olunur. 15 may tarixdə “Park Kafe”-də gənc ailələrin, ağsaqqal və ağbirçəklərin, ziyalıların iştirak etdiyi tədbirdə Azərbaycanda cəmiyyətin özəyi sayılan ailəyə həmişə böyük önəm verildiyindən, dövlətimiz tərəfindən ailələrə  göstərilən diqqət  və  qayğıdan, cəmiyyətin formalaşmasında və saflaşmasında ailənin mühüm rol oynadığından  və ölkəmizdə  ailə  dəyərlərinin  qorunub  saxlanılmasından geniş  söhbət  açılmışdır.
Qax şəhərindən 53 il birgə ömür sürmüş Abbasovlar, İlisu kəndindən 50 ildən artıq birgə yaşamış Həsənovlar, Qum kəndindən 42 il birgə ömür sürmüş Yusifovlar ailələrinin üzvləri çıxış edərək, gənc ailələrə öz dəyərli məsləhət və tövsiyələrini  bildirmişlər.
Tədbirin  sonunda yaşlı  və  gənc  ailələrə  rayon  İcra  Hakimiyyəti  adından  hədiyyələr  verilmişdir.

Keçidlər