Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Birinci Avropa Oyunlarının məşəli Qaxda böyük coşqu ilə qarşılanmışdır

25 may 2015 | 15:00

24 may tarixdə birinci Avropa Oyunlarının məşəli  ölkəmizin dilbər guşəsi olan Qax rayonuna gətirilmişdir.
Qax şəhərinin giriş qapısında, Heydər Əliyev prospektinin başlanğıcında birinci Avropa Oyunlarının məşəlinin təntənəli qarşılanma mərasimi olmuş və rayon sakinləri yürüş iştirakçılarını böyük coşqu ilə qarşılamışdır. Avropa Oyunlarının rəmzi qapısında universal döyüş növləri üzrə dünya çempionu Ramil Məmmədli məşəli qəbul etmişdir. Sonra məşəlçilər Heydər Əliyev prospekti, İmam Mustafayev küçəsi və Azərbaycan prospekti boyunca 3 kilometrdən çox məsafə qət edərək məşəli Qax şəhərinin mərkəzi meydanına gətirmişlər. 2010-cu və 2012-ci illərdə Almaniyada və Portuqaliyada keçirilmiş kunq-fu üzrə dünya birinciliklərinin qalibi Zaur İsakov meydanda qurulmuş səhnəyə qalxaraq məşəli alovlandırmışdır.
Mərasimdə aprelin 26-da Bakıda, Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılmasını əks etdirən videoçarx göstərilmişdir.
Daha sonra məşəldən alovlandırılan çıraq ilk Avropa Oyunlarının sonunadək saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim edilmişdir.
Mərasim incəsənət ustalarının ifasında konsert proqramı ilə başa çatmışdır

Keçidlər