Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

“Yerli özünüidarəetmədə qadın iştirakçılığının gücləndirilməsi: fəaliyyətlər və gələcək perspektivlər” mövzusunda konfrans keçirilmişdir

05 iyun 2015 | 15:00

Azərbaycanda dövlət qadın siyasəti çox uğurla həyata keçirilir. Bu gün Azərbaycan qadını ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayır.
    5 iyun 2015-ci il tarixdə “El-Resort” otelinin konfrans zalında  “Yerli özünüidarəetmədə qadın iştirakçılığının gücləndirilməsi: fəaliyyətlər və gələcək perspektivlər” mövzusunda konfrans  keçirilmişdir.
      Tədbiri giriş sözü ilə açan Musa Şəkiliyev qonaqları salamlayaraq konfransın işinə uğurlar arzuladı. Ölkəmizdə insan hüquq və azadlıqlarının, onların tərkib hissəsi kimi gender bərabərliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edən Musa Şəkiliyev sataistikaya nəzər salaraq respublika üzrə əhalinin 50,2 %-ni, rayon üzrə isə 51,1%-ni( rayon üzrə əhalinin ümumi sayı 55 206 nəfər, qadınların sayı-28 245 nəfər) Milli Məclis üzvlərinin 11,2 %-ni, dövlət qullugunda işləyənlərin 39 %-ni, respublika üzrə sahibkalıqla məşğul olanların 15%-ni qadınlar təşkil etdiyni vurğuladı. Həmçinin başçı çıxış edərək rayonumuzda 1375 nəfər qadının ali, 1489 nəfərin isə orta təhsilli, dövlət qulluğunda işləyən qadınların sayının 86 nəfər, 2256 nəfər qadının Yeni Azərbaycan Partiyasının üzvü , həmçinin rayon qadınlarından 61 nəfərinin bələdiyyə üzvü, 7 nəfərinin isə  bələdiyyə sədri olduğunu da qeyd etdi.  
    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova Azərbaycanda qadınların kişilərlə bərabər dövlətimizin, ölkəmizin inkişafındakı əhəmiyyətli rolundan geniş söhbət açmışdır. S. Qəhrəmanova həmçinin qeyd etdi ki, gənc qızlarımızın, qadınların bələdiyyə strukturlarına seçilməsi, bələdiyyə sədrləri kimi fəaliyyət göstərmələri bizi çox qürurlandırır. Qadınlarımızın tədbirlərdə cəsarətlə öz fikirlərini bölüşməsi, gələcək perspektivlə bağlı düşüncələri gördüyümüz işlərin heç də əbəs olmadığını sübut edir. Bütün bunlar ölkəmizdə aparılan dövlət qadın siyasətinin bariz nümunəsi və nəticəsidir.”

Keçidlər