Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Tibb işçiləri peşə bayramlarını qeyd etdi

17 iyun 2015 | 15:00

17 iyun - tibb işçilərinin peşə bayramı münasibəti ilə rayon İcra Hakimiyyətinin Akt zalında  tədbir keçirildi.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstləri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev tibb işçilərini peşə bayramı münasibəti ilə təbrik etdi.
Sonra rayon Mərkəzi Xəstəxanasının baş həkimi Tərlan Əhmədzadə çıxış edərək son illər ölkədəki sürətli iqtisadi inkişafın bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan verdiyini bildirdi. Diqqətə çatdırıldı ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illərdə ölkədə 500-dən artıq tibb ocağı tikilib və ya əsaslı təmir edilmişdir. Tibb müəssisələri müasir avadanlıqlarla təmin olunmuşdur. Dövlətimizin başçısının müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasını, onların ən müasir avadanlıqlarla təmin olunmasını, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təchiz olunmasını, müalicəsini, regionlarda diaqnostika mərkəzlərinin istifadəyə verilməsini, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasını və səhiyyə sahəsində digər islahatların başlıca istiqamətlərini təşkil edir.
Tədbirin sonunda rayonda əhaliyə göstərilən səhiyyə xidmətində səmərəli fəaliyyətlərinə görə bir qrup tibb işçisi rayon İcra Hakmiyyətinin fəxri fərmanı ilə  təltif olunmuş və onlara qiymətli hədiyyələr verilmişdir.

Keçidlər