Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda heyvandarlığın inkişafına həsr edilmiş zona müşavirəsi keçirildi

18 iyun 2015 | 15:00

İyunun 18-də rayonda heyvandarlıq sahəsində prioritetlərin müəyyən edilməsi, damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması, yerlərdə heyvanların süni mayalandırılması işinin daha səmərəli təşkili məqsədi ilə zona baytarlıq laboratoriyalarının fəaliyyətinin genişləndirilməsi, heyvanların süni mayalandırılmasında istifadə olunan genetik materialın müayinə edilməsi, arıxanaların qeydiyyatının aparılması və məlumatların elektron bazasının yaradılması, yem istehsalının təşkili, bölgə üçün xarakterik olan heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərinin aparılması və heyvandarlığın digər məsələləri ilə bağlı zona müşavirəsi keçirilib.
Müşavirədə Qax, Balakən, Şəki və Zaqatala rayonlarından heyvandarlıqla məşğul olan fermerlər, süni mayalama mütəxəssisləri, heyvandarlıq mütəxəssisləri, arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslər iştirak ediblər.
Müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev çıxış edərək, 2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı qarşıda duran vəzifələrdən, heyvandarlığın intensiv metodlarla inkişaf etdirilməsi yollarından, yem istehsalının tələbata uyğun təşkilindən, heyvandarlıqda damazlıq-seleksiya işlərinin daha da yaxşılaşdırılması məqsədilə mütərəqqi texnologiyalardan, bu sahədə zona baytarlıq laboratoriyalarında işlərin mərkəzləşmiş qaydada təşkilindən və arıçılığın daha da inkişaf etdirilməsindən danışıb və ətraflı məlumat verib.
Zona müşavirəsində Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat, Baytarlıq Elmi-Tədqiqat, Yemçilik, Çəmənçilik və Otlaqlar Elmi-Tədqiqat institutlarının və Göygöl Süni Mayalama Mərkəzinin direktorlarının heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili, möhkəm yem bazasının yaradılması yolları və heyvan xəstəlikləri ilə mübarizə tədbirlərinə dair təqdimatları və çıxışları olub.
Tədbirdə fermerləri və mütəxəssisləri maraqlandıran suallara ətraflı cavab verilib və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Zona müşavirəsinin sonunda yüksək məhsuldar heyvan saxlayan kiçik həcmli ailə təsərrüfatlarında və peşəkar arıçılıq təsərrüfatında qabaqcıl təcrübənin nümayişi təşkil edilib.

Keçidlər