Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

23 Iyun “Dövlət Qulluqçularının peşə bayramı” münasibətilə tədbir keçirilmişdir

23 iyun 2015 | 15:00

23 Iyun  “Dövlət Qulluqçularının peşə bayramı”  münasibətilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri qoymuş, tədbir daha sonra RİH akt zalında davam etmişdir. Tədbiri giriş sözü ilə RİH başçısı Musa Şəkiliyev açaraq qeyd  etmişdir ki, dövlət qulluqçularının peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilmişdir. Respublikamızda demokratik, hüquqi və dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolu və Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən iyunun 23-nün BMT-nin Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan olunması qərara alınmışdır.
    Tədbirdə çıxış  edənlər  Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılmasında və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən söhbət  açdılar. Bildirilmişdir ki,  1995-ci ildə qəbul olunmuş Konstitusiya ölkəmizdə dövlət quruluşu və idarəçilik prinsiplərini təsbit edir. Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də qəbul edilmiş “Dövlət qulluğu haqqında” Qanundur.  Bu Qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulmuş, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilmişdir.
     Tədbirin  sonunda dövlət qulluğunda səmərəli fəaliyyətinə, rayon ictimai-siyasi həyatında fəal iştirakına və dövlət qulluqçularının peşə bayramı günü münasibətilə bir qrup dövlət qulluqçusu RİH-in fəxri fərmanları ilə təltif edilmişdir.

Keçidlər