21 oktyabr 2025-ci il tarixində Heydər Əliyev Mərkəzində “Zəfər Günü” ərəfəsində “Vətən çağırırdı” adlı elmi-praktiki konfrans keçirilib.
21 oktyabr 2025-ci il tarixində Heydər Əliyev Mərkəzində “Zəfər Günü” ərəfəsində “Vətən çağırırdı” adlı elmi-praktiki konfrans keçirilib.
Tədbir Rayon İcra Hakimiyyətinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, mestəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova çıxış edərək, 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun düşmən üzərindəki inamlı qələbəsindən, əsgər və zabitlərimizin qəhrəmanlığından danışıb. Bildirilib ki, istər Birinci Qarabağ, istərsə də Vətən müharibələri və antiterror tədbirlərində torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə Qax rayonunun qəhrəman oğulları da rəşadətlə vuruşub, şəhidlik zirvəsinə yüksəliblər.
Konfrans zamanı rayonumuzun ziyalısı müəllif Xavər Əfəndiyevanın “Vətən çağırırdı” adlı kitabı ictimaiyyətə təqdim olunub.
Sonda tədbirdə iştirak edən şəhid ailələrinə və yaxınlarına müəllifin “Vətən çağırırdı” kitabı hədiyyə olunub.






