Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

DSMF QAX RAYON ŞÖBƏSİNİN YENİ İNZİBATİ BİNASI İSTİFADƏYƏ VERİLDİ

29 sentyabr 2012 | 15:00

Sentyabrın 28-də Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Qax rayon şöbəsinin yeni inzibati binası istifadəyə verilmişdir. Açılış mərasimində DSMF-nin sədri Səlim Müslümov iştirak etmişdir.
DSMF-nin və rayon icra hakimiyyətinin rəhbərliyi əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Rayon şöbəsi əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə şöbənin fəaliyyəti, qazanılan uğurlar və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilmişdir.
Bildirilmişdir ki, şöbənin qeydiyyatında olan pensiyaçıların sayı 8535 nəfər təşkil edir. Azərbaycan Prezidentinin pensiyaların yenidən hesablanması ilə bağlı müvafiq Sərəncamına uyğun olaraq, qanunvericilikdə edilmiş dəyişikliyə əsasən rayon üzrə 7 min nəfərdən artıq pensiyaçının 2011-ci il iyulun 1-dən pensiyaları yenidən hesablanmışdır. Hazırda rayon üzrə bir nəfərə düşən orta aylıq pensiyanın məbləği 143,6 manat təşkil edir. 2012-ci ilin 8 ayında şöbənin hesabına sığortaedənlərdən məcburi dövlət sosial sığorta haqları üzrə 2 milyon 29 min manat vəsait daxil olunmuşdur. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 123,3 min manat çoxdur.
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin sosial-iqtisadi həyatının bütün sahələrində böyük nailiyyətlərin əldə edildiyini bildirmiş, əhalinin pensiya təminatı, yeni sığorta-pensiya sisteminin fəaliyyəti sahəsində görülən işlər barədə barədə danışmış, qarşıda duran vəzifələrə toxunmuşdur.
Fondun sədri bildirmişdir ki, pensiyaçılara və sosial sığorta olunanlara yüksək səviyyədə xidmət göstərmək və işçilərin əmək şəraitini yaxşılaşdırmaq məqsədi ilə son illər respublikanın şəhər və rayonlarında yerli şöbələr üçün hər cür avadanlıq və texniki vasitələrlə təmin olunmuş 56 yeni inzibati bina tikilmiş, 20 bina əsaslı təmir olunmuşdur.
Mərasimdə rayon icra hakimiyyətinin başçısı, pensiyaçılar çıxış edərək şöbənin əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.
23 işçinin çalışdığı ikimərtəbəli binada 7 xidməti, 1 server və yardımçı otaqlar yerləşir. Bütün iş otaqları zəruri texniki avadanlıqla təchiz olunmuşdur.
 

Keçidlər