Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qax rayonunun “Azərbaycanın Milli Mətbəx Paytaxtı” elan edilməsi münasibətilə tədbir keçirilmişdir

23 iyun 2015 | 15:00

“Azərbaycanın Milli Mətbəx Paytaxtı” elan edilmiş Qaxda “paytaxt ili” çərçivəsində iyunun 22-də növbəti tədbir keçirilmişdir.
      Rayon mədəniyyət və turizm şöbəsinin təşkilatçılığı ilə Qum kəndində təşkil olunan “Bəsləsən atlas olar tut yarpağından” adlı festivalda tutdan hazırlanmış məhsullar nümayiş etdirilmişdir.
      Festival iştirakçıları əvvəlcə tutun çırpma üsulu ilə yığılması prosesini izləyiblər. Sonra əyani şəkildə tutdan müxtəlif məhsulların hazırlanması qaydaları ilə tanış olublar. Müxtəlif kəndlərin təqdim etdikləri tutdan hazırlanmış geniş çeşiddə təamlar festival iştirakçılarının böyük marağına səbəb olub. Münsiflər heyətinin rəyinə əsasən, dadı və çeşidi ilə fərqlənən tut məhsullarının müəllifləri diplom və hədiyyələrlə mükafatlandırılmışlar. Festival çərçivəsində, həmçinin yerli sənətkarların əl işlərindən ibarət sərgi də nümayiş olunmuşdur.
Rayon mədəniyyət mərkəzinin “Çeşmə” instrumental ansamblı və Qum kənd mədəniyyət evinin rəqs kollektivi çıxışları ilə festival iştirakçılarına xoş ovqat bəxş etmişlər.

Keçidlər