Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Polis işçilərinin peşə bayramı qeyd edilmişdir

02 iyul 2015 | 15:00

02 iyul – Azərbaycan Polisinin yaranmasının 97-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.  İlk öncə rayon rəhbərliyi, polis şöbəsinin şəxsi heyəti və ictimaiyyət nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad etmişlər daha sonra isə tədbir rayon polis şöbəsində davam etmişdir. Rayon polis şöbəsinin rəisi,  polkovnik leytenantı Cümşüd İsmayılov çıxış edərək, Azərbaycan polisinin yaranma tarixindən, keçdiyi inkişaf yolundan söz açmışdır. Bildirmişdir ki, daxili işlər orqanları ictimai siyasi asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə müstəsna xidmətlər göstərmişlər.
     Sonda bir qrup polis əməkdaşı Rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif olunmuşlar.

Keçidlər