Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 46-cı ildönümü qeyd olunmuşdur

14 iyul 2015 | 15:00

Iyulun 14-də Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 46-cı ildönümü münasibətilə tədbir keçirilmişdir. İlk öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad etmişlər daha sonra isə tədbir YAP-ın binasında davam etmişdir.
Tədbiri giriş sözü ilə Tahir İsmayılov açaraq, bildirmişdir ki, 1969-cu il iyul ayının 14-də xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə respublika özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Qeyd etmişdir ki, ötən əsrin 60-cı illərinin sonunda Azərbaycandakı vəziyyət o həddə çatmışdı ki, ciddi dəyişikliklərə zəruri ehtiyac yaranmışdı. Əks təqdirdə, respublika daha dərin uçuruma düşə bilərdi.
Sonda vurğulanıb ki, görkəmli siyasi xadimin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra müstəqilliyimizin dönməzliyi və əbədiliyi təmin edildi. Bu uzaqgörən siyasətin ölkə Prezidenti İlham Əliyev tərəfindən ardıcıllıqla və yaradıcılıqla həyata keçirilməsi nəticəsində respublikamız öz mövqeyini və müstəqilliyini gündən-günə daha da möhkəmləndirir.  İllər ötdükcə, zaman dəyişdikcə Heydər Əliyev siyasətinin Azərbaycanımızın dünəni, bu günü və sabahı üçün necə böyük imkanlar açdığını, necə əzəmətli uğurlar üçün təməl yaratdığını işıqlı və parlaq günlərimizdə daha aydın görürük.

Keçidlər