Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Azərbaycan milli mətbuatının 140 illiyi münasibətilə elmi-praktik konfrans təşkil olunmuşdur

22 iyul 2015 | 15:00

Azərbaycan milli mətbuatının yaranmasının 140 illiyi münasibətilə iyulun 22-i tarixdə keçirilən elmi-praktik konfransın iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Rayon rəhbərliyinin, media təmsilçiləri və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə təməli 140 il əvvəl – 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən qoyulan Azərbaycan milli mətbuatının zəngin ənənələrindən ətraflı bəhs edilib. Çıxışlarda ölkəmizdə söz və mətbuat azadlığının bərqərar olunmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri önə çəkilib, hazırda bu siyasi xəttin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Çıxış edənlər ölkəmizdə yüzlərlə qəzet və jurnalın nəşr edilməsini, çoxlu sayda televiziya kanallarının, informasiya agentliklərinin, saytların fəaliyyət göstərməsini demokratiyanın mühüm göstəricisi kimi dəyərləndirmişlər.
Qeyd olunmuşdur ki, 1931-ci ildən nəşr olunan “Şəlalə” qəzeti rayonun, eləcə də bölgənin sosial-iqtisadi və mədəni həyatının işıqlandırılmasında yaxından iştirak edir.
Sonda qəzetin bir qrup əməkdaşına rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim olunub

Keçidlər