Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş şura iclası keçirilmişdir.

29 iyul 2015 | 15:00

İyul ayının 29-da Qax rayon İcra Hakimiyyətinin akt zalında 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda ötən dövrdə rayonda görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş şura iclası keçirilmişdir.
      Rayonun İƏD üzrə nümayəndəliklər, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən şura iclasını rayon icra hakimiyyətinin başçısı cənab Musa Şəkiliyev açaraq qeyd etmişdir ki,  2015-ci ilin birinci yarısında rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı 40 milyon 403 min manat olduğunu, ötən ilin eyni dövrü ilə müqayisədə məhsul buraxılışının ümumi həcmi 618 min manat artdığını bildirmişdir. İlin ilk 6 ayında rayonda 3 milyon 96 min manatlıq sənaye məhsulu istehsal olunub. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 390 min manat çoxdur. Kənd təsərrüfatı məhsulları istehsalı isə əvvəlki ilə nisbətən 2 milyon 882 min manat artaraq 17 milyon 45 min manat təşkil edib. Bu müddətdə rayonda hamısı daimi olmaqla 172 yeni iş yeri açılıb.
Bildirilmişdir ki, ilin birinci yarısında rayonda 2 milyon 602 min manatlıq tikinti-quraşdırma işləri həyata keçirilmiş, Cəlayir kəndində tibb məntəqəsi tikilib istifadəyə verilmiş, hər biri 100 yerlik 2 uşaq bağçasının, həmçinin Kənd Təsərrüfatı Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi üçün yeni inzibati binaların, Əmbərçay kəndində Qarabağ müharibəsi əlilləri üçün 2 fərdi evin tikintisi davam etdirilmişdir.
Qeyd olunmuşdur ki, 2015-ci ilin ölkəmizdə “Kənd təsərrüfatı ili” elan edilməsi ilə əlaqədar aqrar sahədə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ilin birinci yarısında rayonda bütün növ kənd təsərrüfatı məhsulları istehsalında artım qeydə alınmışdır. Fermerlər 10 min 867 hektar taxıl sahəsindən 28 min 534 ton məhsul götürmüşlər. Hər hektardan orta məhsuldarlıq ötən illə müqayisədə 12,3 sentner artaraq 26,3 sentner təşkil edir.
Məruzədə, həmçinin əhalinin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində görülən işlərdən geniş bəhs edilmişdir. Bildirilmişdir ki, Şotavar kəndinə təbii qaz verilmiş, 6 kəndə qaz xəttinin çəkilişi davam etdirilmişdir. Əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 6 kənddə  artezian quyusu qazılıb istifadəyə verilmişdir. Hazırda 2 kənddə bu işlər davam etdirilir. Bundan əlavə, kənd investisiya layihəsi çərçivəsində 7 kəndə ümumi uzunluğu 18,6 kilometr olan içməli su xətti çəkilib, 62 bulaq tikilmişdir.
İclasda, həmçinin 2015-ci ilin birinci yarısında əhalinin digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər geniş təhlil olunub, qarşıda duran vəzifələrə toxunulmuşdur.

Keçidlər