Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov vətəndaşları qəbul etmişdir

31 iyul 2015 | 15:00

Iyulun 31-də Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Qax şəhərində bölgə vətəndaşlarını qəbul etmişdir.
    Heydər Əliyev Mərkəzində nazirliyin struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarının sakinləri, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak etmişlər. Vətəndaşların müraciətləri əsasən, işə qəbul, qəzalı vəziyyətdə olan evlərin təmiri və digər məsələlərlə bağlı olmuşdur.
    Qəbula gələn vətəndaşlar onlar üçün yaradılan şəraitdən razı qaldıqlarını bildirmişlər.

Keçidlər