Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlar mükafatlandırılıb

07 sentyabr 2015 | 15:00

Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanan məzunlarla görüş keçirilib.
     Rayon İcra Hakimiyyətində keçirilən görüşdə rayonun orta ümumtəhsil məktəblərini bitirən məzunların cari ildə yüksək nəticələr əldə etdikləri vurğulanıb. Rayonun tam orta  məktəblərinin Azərbaycan və rus bölmələrini  bitirmiş 438  nəfər məzundan  276 nəfəri ali məktəblərə   qəbul imtahanlarında iştirak etmişdir. Qeyd olunub ki, məzunlardan 1 nəfəri qızıl medala layiq görülüb. Qəbulun  nəticələrinə görə bu il 172 nəfər  tələbə adını qazanmışdır. Ali məktəblərə daxil olan abituriyentlərdən 11 nəfəri 600-dən yuxarı, 36 nəfər isə 500-700 arası  bal toplamışdır. 
      Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev ən yüksək bal toplayan tələbələri qazandıqları uğur münasibətilə təbrik edərək onlara qiymətli hədiyyələr təqdim edib.

Keçidlər