Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qıpçaq kəndinə təbii qaz verilib

07 sentyabr 2015 | 15:00

Rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
     “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən rayonun Qıpçaq kəndinin qazlaşdırılması işi başa çatdırılıb və avqustun 31-də əhaliyə “mavi yanacağ”ın verilməsinə başlanılıb.
     Rayon rəhbərliyinin, “Azəriqaz” İB təmsilçilərinin və kənd sakinlərinin iştirakı ilə keçirilən mərasimdə rayon əhalisinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edilib. Bildirilib ki, 234 abonenti olan Qıpçaq kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 19 min 719 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, bütün mənzillərdə qaz sayğacı və fərdi tənzimləyicilər quraşdırılıb.
    Diqqətə çatdırılıb ki, hazırda rayonun 14 yaşayış məntəqəsinin əhalisi təbii qazdan istifadə edir. Yaxın vaxtlarda İngiloy-Kötüklü, Qaratala və Uzuntala kəndlərinə, ilin sonunadək isə İlisu kəndinə də təbii qazın verilməsi təmin olunacaq.
     Kənd sakinləri çıxış edərək əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
     Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb və kəndə təbii qazın verilməsinə başlanılıb.

Keçidlər