Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Müəllimlərin ənənəvi sentyabr konfransı keçirildi

11 sentyabr 2015 | 15:00

Sentyabrın 9-da şəhər 2 nömrəli məktəb-liseyin akt zalında rayonun təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Rayonun təhsil işçiləri əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbir iştirakçıları sonra məktəb-liseyin foyesində məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Konfransda rayon təhsil şöbəsinin müdiri Məmməd Xasıyevin 2014-2015-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələrə dair hesabat məruzəsi dinlənilib. Bildirilib ki, ötən dərs ilində rayonun 54 ümumtəhsil məktəbində 6811 şagird təhsil alıb. Onların təlim-tərbiyəsi ilə 1467 müəllim məşğul olub. Tədris ilində rayonun məktəbliləri müxtəlif respublika müsabiqələrində, fənn olimpiadalarında, idman yarışlarında uğurla çıxış edərək yüksək nəticələr qazanıblar.
Diqqətə çatdırılıb ki, cari ildə rayonun tam orta məktəblərini bitirən 438 nəfər məzundan 276 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak edib, onlardan 175 nəfəri tələbə adını qazanıb. Məzunlardan 36 nəfəri 500-dən, o cümlədən 11 məzun 600 baldan yuxarı nəticə göstərib.
Ötən tədris ilində gənc nəslin təlim-tərbiyəsində əldə etdikləri nailiyyətlərə görə iki müəllim dövlətimizin başçısının müvafiq Sərəncamı ilə keçirilən “Ən yaxşı müəllim” respublika müsabiqəsinin qalibi adını qazanıb, iki nəfər “Əməkdar müəllim” fəxri adına layiq görülüb, bir müəllim isə “Tərəqqi” medalı ilə təltif olunub.
Təhsil müəssisələrinin yeni dərs ilinə hazırlıq vəziyyətinə toxunan rayon təhsil şöbəsinin müdiri bütün məktəblərdə cari təmir işlərinin aparıldığını, bölgü əsasında məktəblərə 140 adda 19025 ədəd dərsliyin çatdırıldığını bildirib.
Konfransda rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və Təhsil Nazirliyinin nümayəndəsi Rövşən Ağayev çıxış edərək rayonun təhsil işçilərinə yeni dərs ilində daha böyük nailiyyətlər arzulayıblar.
Tədbirin sonunda ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlara fəxri fərmanlar təqdim olunub.

Keçidlər