Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Gənc nəslin milli ruhda yetişməsində müəllimlərin üzərinə böyük məsuliyyət düşür

05 oktyabr 2015 | 15:00

Oktyabrın 5-də Beynəlxalq Müəllim Gününə həsr  olnmuş tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummili lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi özünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Rayon rəhbərliyinin, qabaqcıl müəllimlərin, ziyalıların iştirak etdiyi tədbirdə ölkəmizdə təhsil sahəsinin inkişafına göstərilən yüksək dövlət qayğısından danışılıb, rayon müəllimlərinin qazandıqları uğurlardan bəhs edilib.
Bildirilib ki, 1966-cı ildə UNESCO tərəfindən təsis edilən Beynəlxalq Müəllim Günü 1993-cü ildən Azərbaycanda da geniş qeyd olunur.
Ümummilli lider Heydər Əliyev müəllim peşəsinə, müəllim əməyinə həmişə yüksək qiymət verib. Ulu Öndərin bu siyasi xətti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün təhsilə, müəllimə diqqət göz qabağındadır. Müəllim əməyinin qiymətləndirilməsi, qabaqcıl müəllimlərin mükafatlandırılması, təhsil sahəsində aparılan dövlət siyasəti məktəbə və müəllimə qayğının bariz nümunəsidir.
Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin imzaladığı sərəncamla “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi Qax rayonununda da təlim-tərbiyə işinin yaxşılaşdırılmasına öz müsbət təsirini göstərib. Ötən müddətdə rayonun 6 müəllimi bu müsabiqənin qalibi adını qazanıb. Bundan əlavə, 9 nəfər “Əməkdar müəllim” fəxri adına layiq görülüb, 6 müəllim “Tərəqqi” medalı ilə təltif olunub. Sevindirici haldır ki, Azərbaycan Prezidentinin imzaladığı son Sərəncamla şəhər 1 nömrəli tam orta məktəbin direktoru Mədinə Mahmudova da “Əməkdar müəllim” fəxri adına layiq görülüb. "Müəllim zülməti yaran nur, cəhaləti elmin qılıncı ilə yox edən şəxsiyyətdir. O, insanlara elm öyrətməklə həyatını şam kimi əridir, qəlblərdə əbədi həyat qurur. Müəllim könül insanı, qəlb dostu, həqiqət carçısıdır. İnsan onun vasitəsilə kainatda bütövləşərək özünə yer tapır” deyən Mədinə Heydərova öz çıxışında ölkə Prezidentinə müəllimlərə göstəridiyi diqqət və qayğıya görə minnətdarlığını bildirmiş, müəllimlərə öz işlərində uğurlar arzulamışdır..
Tədbirdə çıxış edənlər müəllimləri peşə bayramları münasibətilə təbrik edib, onlara pedaqoji fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonda bir qrup qabaqcıl müəllimə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Keçidlər