Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda Bilik Evinin açılış mərasimi olub

05 oktyabr 2015 | 15:00

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu bölgələrdə əhalini maarifləndirmək, dövlətin daxili və xarici siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi proseslərin mahiyyətini ictimaiyyətə daha yaxından çatdırmaq, yerli gənclərin peşə hazırlığını yüksəltmək, konkret maraq dairələrini genişləndirmək, məşğulluğuna dəstək vermək məqsədilə Bilik Evləri yaradır.
         Oktabrın 5-də  Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bilik Fondunun Himayəçilər Şurasının üzvü Kamal Abdullayevin təşəbbüsü və yerli İcra Hakimiyyətinin dəstəyi ilə rayonda yaradılmış Bilik Evinin açılış`mərasimi`olub.
         Rayonda Bilik Evi üçün ayrılmış bina təmir edilib, sinif otaqları zəruri avadanlıq, internet və dərs ləvazimatları ilə təmin olunub. Hər bir rayon sakini və ziyalısından gələn sifarişlər nəzərə alınmaqla, başlanğıc mərhələdə ədəbi yaradıcılıq, xarici maşınlara texniki xidmət ustalarının hazırlanması, ingilis və rus dili kursu, kompyuter operatoru və elektron kargüzarlıq işləri  üzrə dərslər keçiriləcəkdir.

Keçidlər