Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsində Ulu Öndərin xidmətləri əvəzsizdir

16 oktyabr 2015 | 15:00

Oktyabr  ayının  16-da  Heydər Əliyev Mərkəzində “18 oktyabr – Dövlət Müstəqilliyi Günü” münasibətilə tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etdilər.
Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq əvvəlcə iştirakçıları əlamətdar bayram münasibətilə təbrik etmiş, Azərbaycanın keçdiyi çətin, lakin şərəfli müstəqillik yolundan danışmışdılr. Bidirildi ki, 1991-ci ilin oktyabrın 18-də Müstəqillik Aktının qəbul olunmasına baxmayaraq, Azərbaycan xalqı bu sevinci yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yaşayıb. Dahi şəxsiyyətin yenidən siyasi hakimiyyətə qayıdışından sonra həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə vətəndaş müharibəsinin qarşısı alınıb, dövlət müstəqilliyi qorunub və möhkəmlənib, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi-psixoloji gərginlik aradan qaldırılıb, müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf yoluna qədəm qoyub.
Həmçinin çıxış edənlər  ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə gənclər siyasətinin dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilməsi, gənclər sahəsində bir sıra fərman və sərəncamların imzalanması Azərbaycan gəncliyinin indiki vəziyyətini və gələcəyini müəyyən etdiyini, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi dövlət gənclər siyasətinin bu gün  Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmişlər.

Keçidlər