Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

İngilis yazıçısının əsəri nümayiş etdirilib

17 oktyabr 2015 | 15:00

Qax Dövlət Kukla Teatrında ingilis yazıçısı Redyard Kiplinqin “Başlı başına gəzən pişik” əsəri əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış olub.
Rejissor Yusif Abdurahmanovun quruluş verdiyi tamaşada əsas rolları teatrın aktyorları Afət Yaqubova, Nuru Mustafayev, Araz Mehrablı, Azər Kərimov və başqaları ifa ediblər. Tamaşanın quruluşçu rəssamı Mayis Abdullayevdir.
Teatrın direktoru Nazim Mahmudov bildirib ki, yaradıcı kollektiv oktyabrın axırlarında bu səhnə əsəri ilə rayonun kəndlərində balaca tamaşaçılar qarşısında çıxış edəcək.
Direktorun dediyinə görə, teatrda, eyni zamanda, Aybəniz Ağazadənin “Tənbəl Əhməd” tamaşası üzərində məşqlər də davam etdirilir. Yeni səhnə əsəri dekabrda tamaşaçılara təqdim olunacaq.

Keçidlər