Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

2015-ci ilin doqquz ayının yekunları ilə bağlı hesabat iclası keçirilmişdir

17 oktyabr 2015 | 15:00

Rayon İcra Hakmiyyətinin  başçısı Musa Şəkiliyev hesabat məruzəsində bildirib ki, bu ilin doqquz ayında rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının ümumi həcmi 73 milyon 646 min manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 milyon 970 min manat çoxdur. Rayonda 3 milyon 569 min manatlıq sənaye, 37 milyon 909 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, 9 milyon 355 min manat həcmində tikinti işləri görülüb. Həmin müddətdə rayon əhalisinin real gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 836 min manat artaraq 87 milyon 421 min manat olub. Doqquz ayda rayonda 250 yeni iş yeri açılıb.Bu
Diqqətə çatdırılıb ki, hesabat dövründə rayonda sahibkarlığın inkişafı, əhalinin işgüzar fəaliyyətinin artırılması və yeni iş yerlərinin yaradılması məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara 54 layihə üzrə 1 milyon 226 min manat məbləğində güzəştli kredit verilib. Rayonda 94 fərdi ev və 12 sahibkarlıq obyekti tikilib istifadəyə verilib. Cəlayir kəndində yeni tibb məntəqəsi inşa edilib.
Hesabat dövründə şəhərdə inşa edilən 100 yerlik 2 uşaq bağçasından birinin tikintisi başa çatdırılıb, digərinin tikintisi isə hazırda davam etdirilir. Qax şəhərində və Əmbərçay kəndində Qarabağ müharibəsi əlilləri üçün inşa edilən 2 fərdi evin tikintisində hazırda tamamlama işləri görülür. Eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyinin yeni yaradılacaq idarəsi üçün inzibati binanın tikintisi də davam etdirilir.
Yığıncaqda 2015-ci ilin doqquz ayı ərzində rayonda aqrar sahədə görülən işlər ətraflı təhlil edilib. Vurğulanıb ki, “Kənd təsərrüfatı ili”nə rayonun məhsul istehsalçıları da öz töhfələrini verirlər. Belə ki, doqquz ayda rayonda ötən ilin eyni dövrü ilə müqayisədə 7 milyon 65 min manat çox kənd təsərrüfatı məhsulları istehsal edilib. 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 10,3 ton, süd istehsalı isə 14,2 ton artıb. Kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahəsinin becərilməsinə görə dövlət büdcəsinin vəsaiti hesabına 703 min manat yardım verilib. Əkin sahələrinin suvarma suyu ilə təminatını və əhalinin içməli suya olan tələbatını yaxşılaşdırmaq məqsədi ilə 12 kənddə yeni artezian və subartezian quyuları qazılıb.
Bildirilib ki, bu müddət ərzində rayonun Şotavar və Qıpçaq kəndlərinə qaz xəttinin çəkilişi başa çatdırılıb, 260 mənzil qazlaşdırılıb. Hazırda 6 kəndə qaz xəttinin çəkilişi davam etdirilir.
İclasda, həmçinin əhalinin elektrik enerjisi, içməli su, rabitə, kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində görülən işlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələrdən bəhs edilib.

Keçidlər