Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

YAP Qax rayon təşkilatı Gənclər Birliyi 1 oktyabr- Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirmişdir

02 oktyabr 2012 | 15:00

01 oktyabr 2012-ci il tarixdə YAP Qax rayon təşkilatı Gənclər Birliyi Beynəlxalq Ahıllar Günü münasibətilə Gənclər Birliyi İdarə Heyətinin üzvləri ilə birgə bir neçə tənha və kimsəsiz ahılların evində olmuş, onlara YAP Qax rayon təşkilatının adından bayram sovqatı təqdim etmişlər. Görüşlərdə YAP Qax rayon təşkilatı Aparatının rəhbəri Natiq Allahverdiyev, Gənclər Birliyinin sədri Elbrus Tağıyev ahıl vətəndaşları bu əlamətdar gün münasibətilə təbrik etmiş, onların hər zaman ən hörmətli, müdrik insanlar hesab olunduğunu və hamının onlara hörmətlə yanaşdığını bildirmişlər. Həmçinin qeyd olundu ki, dövlətimiz və dövlətimizin rəhbəri cənab Prezident İlham Əliyev tərəfindən atılan addımların, qəbul olunan qanunların, dövlət proqramlarının ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Ağsaqqal və ağbirçəklərimiz də öz növbələrində gənclərə öyüd-nəsihətlərini verdilər və onlara göstərilən diqqət və qayğıya görə Prezidentimizə və Yeni Azərbaycan Partiyasına minnətdarlığını bildirdilər.

Keçidlər