Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Dövlət Bayrağı Günü münasibəti ilə veloyürüş keçirilib

10 noyabr 2015 | 16:00

Dövlət Bayrağı Günü münasibəti ilə noyabrın 9-da keçirilən bayram tədbirinin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad etmişlər. Sonra bayram münasibətilə şəhərdə veloyürüş keçirilmişdir.
Mərkəzi meydandan start götürən üzərlərində Azərbaycan bayrağı olan veloyürüşün iştirakçıları şəhərin prospekt və küçələrindən, “Bayraq dairəsi” adlanan meydandan keçərək sakinlərə xoş anlar bəxş etmişlər.
Bayram tədbiri Nizamı adına parkda davam etdirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev 2009-cu ilin noyabrında Azərbaycanda Dövlət Bayrağı Gününün təsis edilməsinin, 2010-cu ilin sentyabrında Bakıda Dövlət Bayrağı Meydanının açılmasının üçrəngli, ay-ulduzlu bayrağımıza sevgimizin bariz nümunəsi olduğunu bildirmiş, rayon sakinlərini bayram münasibəti ilə təbrik etmişdir.
Bayram tədbiri musiqi və rəqs kollektivlərinin konsert proqramı ilə başa çatmışdır.

Keçidlər