Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrilib

23 noyabr 2015 | 16:00

İyirmi üç illik fəaliyyəti dövründə sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirən Yeni Azərbaycan Partiyası (YAP) xalqın sevgisi və dəstəyi ilə ümumxalq partiyasına çevrilib.
Bu fikir Yeni Azərbaycan Partiyasının yaranmasının 23 illiyi münasibətilə YAP rayon təşkilatında keçirilən yığıncaqda səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül-çiçək düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Yığıncağı YAP rayon təşkilatının sədri Nizami Əhmədov açaraq yaranmasından 23 il ötən Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynadığını, avanqard siyasi qüvvəyə çevrildiyini diqqətə çatdırıb.
Partiyanın rayon təşkilatının aparat rəhbəri Natiq Allahverdiyevin “Tarixi zərurətdən yaranan partiya” mövzusunda məruzəsində Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, ulu öndər Heydər Əliyevin partiya həyatındakı fəaliyyətindən, partiyanın seçkilərdəki qələbəsindən, 23 ildə əldə etdiyi uğurlardan bəhs edilib.
Yığıncaqda çıxış edənlər bir daha vurğuladılar ki, YAP qısa müddətdə Azərbaycanın müstəqilliyinin təminatçısı kimi özünü doğruldaraq, respublikamızın bugünkü inkişaf səviyyəsinə çatmasına böyük töhfələr verib.
Tədbirin sonunda Partiya sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim olunub.
Yığıncağın sonunda iqtidar partiyasının fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

Keçidlər